“Sabah”ın büdcəsi açıqlandı

17.05.2025 10:58 29
Ölkə futbolu
“Sabah" 2024-cü il üçün büdcəsini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.

Klubun ötən il üçün gəlirləri 26 milyon 953 min 800 manat təşkil edib.

Sponsorlardan daxilolmalar - reklam gəlirləri 20 milyon 727 min 500 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 2 milyon 448 min 30 manat, bilet satışından gəlirlər 57 min manat, nümayiş hüququndan daxilolmalar 14 min 200 manat, sair gəlirlər 3 milyon 712 800 manat olub.

Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 14 milyon 56 min 800 manat ayrılıb.