"Göyəzən" 3-cü yer uğrunda mübarizədə darmadağın edildi

20.05.2024 13:51 193
Ölkə futbolu
AFFA Region Liqasında 3-cü yer uğrunda oyun keçirilib.

“Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər. “ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” bürünc medallara sahib olub.

Medalları komandaya veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” komandaları arasında keçiriləcək.