Vaqif Cavadov hansı komandanı çalışdıracaq?

15.05.2025 10:25 357
Aktual / Ölkə futbolu
Mayın 12-də Vaqif Cavadovun istefaya göndərildiyini ölkəyə bəyan edən “Sumqayıt” 36 yaşlı mütəxəssisin klubdan ayrılmayacağını, yenidən aşağı yaş qrupu komandalarından birini çalışdıracağını bildirmişdi.

“Football-plus.az” klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevdən söhbətin hansı yaş qrupundan getdiyini dəqiqləşdirmək istədi:
“Hələ ki qərar verilməyib. Yaxın günlərdə klub tərəfindən açıqlama veriləcək”.


MÜZƏFFƏR QULUZADƏ