Xan kəndinə dönəcək?

12.05.2025 16:28 65
Ölkə futbolu / Aktual
Məlum olduğu kimi, Xankəndi şəhər stadionunda yenidənqurma işləri davam edir.

Region Liqasında mübarizəsini davam etdirən “Xankəndi”nin 2-ci liqaya yüksələcəyi təqdirdə həmin stadionda oynayıb-oynamayacağını öyrənmək üçün komandanın türkiyəli baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxladıq:
“Rəhbərlik səviyyəsində bu söhbətlər gedir. Daha peşəkar olmaq - akademiya açılması yolunda söhbətlər gedir. Əsas hədəfimiz komandanı 2-ci liqaya çıxarmaqdı. Bu işlər sonra görüləcək işlərdi. Hazırda fikrimizi 2-ci liqa yüksəlməyə yönəltmişik. Əlimizdən gələni edirik ki, geri qaytardığımız torpaqlarımızın adını hər yerdə eşitdirək”.

MÜZƏFFƏR QULUZADƏ