“Xankəndinin adına layiq olmağa çalışırıq” – İbrahim Uzunca

23.04.2025 22:10 38
Aktual / Ölkə futbolu
Region Liqasının E qrupunda mubarizə aparan “Xankəndi” qrupu lider tamamlayıb. Bu komanda 32 qol vurub, yalnız bir top buraxıb.

“Footbal-plus.az” 1/8 finalda “Topçular”la qarşılaşacaq Qarabağ təmsilçisinin baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxlayıb:
“Məqsədimiz qrupdan lider kimi çıxmaq idi. Bundan sonrakı oyunlara köklənmişik. Futbolçularım dediklərimi, tapşırdıqlarımı layiqincə yerinə yetirdi. Bir qol buraxdıq. O da bizə nəzər oldu deyib keçək. Son oyunda 2:1 hesablı qələbə qazandıq. Oyun çox ağır keçdi. Rəqibimiz “Mil” yaxşı oynadı. Pley-offun ilk mərhələsi bir oyundan ibarət olacaq, sonrakı qarşılaşmalar ev-səfər formatında. Çempion olaraq 2-ci liqaya, daha sonra pillə-pillə digər liqalara yüksəlmək istəyirik. Xankəndinin adına layiq olmağa çalışırıq”.

MÜZƏFFƏR QULUZADƏ