36 komandanın iştirak edəcəyi turnirin püşkü atıldı

7.05.2025 19:15 10
Ölkə futbolu
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turnirinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə AFFA-nın inzibati binasında layihədə çalışan məşqçi-müəllimlərlə görüş keçirilib. Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov tərəfindən iştirakçılara turnirin 2024-2025-ci illər mövsümü üzrə təyin olunan formatı, yeni qaydaların tətbiqi və digər məsələlərlə bağlı məlumatlar verilib. Yekunda elektron püşkatma yolu ilə qarşılaşmalar müəyyənləşib.

Qeyd edək ki, 36 komandanın iştirak etdiyi turnirə mayın 21-də start veriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul