• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” 5 xallıq fərqi 5 qolla qorudu - İCMAL

Dünya futbolu

3-05-2025, 12:0

Tur “Beşiktaş”ın autsayder “Hatayspor”u darmadağın etməsi ilə start götürdü.

Qonaqlar 35-ci dəqiqəyə qədər hesabda öndə olsalar da, qalan müddətdə 5 top buraxdılar. İstanbul nəhəngi rəsmi matçlarda 4 oyunluq qələbəsiz seriyaya son qoydu. Türkiyə çempionatı tarixində elitadan düşməyən 7 klubdan biri olan “Hatayspor” bu statusla rəsmən vidalaşdı. 2020-ci ildə tarixində ilk dəfə superliqaya yüksələn və o vaxtdan bəri ardıcıl 5 mövsüm bu turnirdə mübarizə aparan komandanın artıq riyazi cəhətdən də elitada yerini qorumaq şansı qalmadı. Beləliklə, “Hatayspor” “Adana Dəmirspor”un ardından aşağı liqaya yuvarlanan ikinci komanda oldu.

Şənbə günü “Sivasspor” “Antalyaspor” üzərində mühüm qələbə qazanmaqla düşmə zonasından çıxdısa, evdə “Samsunspor”a uduzan “Bodrum” 17-ci pilləyə gerilədi. Əzmkar qələbə qazanan Samsun təmsilçisi 4 oyunluq məğlubiyyət seriyasına son qoydu. “Fənərbaxça” da Qaziantepdə əzmkarlıq nümayiş etdirməli oldu. Çünki təcrübəli rumıniyalı forvard Aleksandru Maksim erkən qolla komandasını sürpriz şəkildə hesabda önə keçirdi.

“Fənər”in ilk yarıda özünə bənzəməməsini Mourinyonun lazımsız rotasiyası ilə də əlaqələndirmək olar. Portuqaliyalı mövsümün belə həlledici məqamında ötən oyunla müqayisədə heyətdə 8 dəyişikliyə getdi və sonuncu dəfə start heyətinə nə vaxt oynadıqlarını özü də xatırlamayan İsmayıl Yüksək, İrfan Can Kahveci kimi futbolçulara “11-lik”də şans verdi. Yalnız dəyişikliklərdən və Tadiç, Ən-Nəsiri, Şimanski kimi ulduzların meydana çıxmasından sonra “Fənər” oyunda dönüş yaratdı. Özü də komanda ikinci hissənin ortalarında 5 dəqiqə aralığında 3 qol vurdu! Talişka XXI əsrdə “Fənər”in heyətində ardıcıl 5 turda qol vuran 6-cı futbolçu oldu. “Sarı-lacivərdlilər”in ardıcıl 5-ci turda ən azı 3 qol vurması diqqət çəkdi. Komandanın sonuncu dəfə belə seriyası 2006-cı ildə Kristof Daumun dönəmində olmuşdu.

Onu da bildirək ki, “Fənər” bu mövsüm hesabda geriyə düşdüyü qarşılaşmalarda ən çox (20) xal qazanan komandadı (6 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət).

Bazar günü daha 4 oyun keçirildi. “Adana Dəmirspor” Konyada fasiləyə üstün yollansa da, sürprizə gücü çatmadı. “Trabzonspor” “qol yağışı”nda “Alanyaspor”a xal vermədisə, “Kayserispor” “Çaykur Rizəspor”u yenməklə yüksəlişini davam etdirdi. Kayserililər son 5 turda 15 mümkün xaldan 13-nü toplayıb. Sergey Yakiroviçin təyinatından bəri komanda 12 rəsmi matçın cəmi 2-də məğlub olub (7 qələbə, 3 heç-heçə). İnamla trurnir cədvəlinə başçılıq edən “Qalatasaray” “Eyüpspor”un qonağı oldu. Arda Turanın komandası ilk dövrədə sürpriz şəkildə səfərdə “Cim-Bom”dan xal almağı bacarmışdı (2:2). Amma bu dəfə əvvəldən sona qədər üstün oynayan İstanbul nəhəngi debütanta heç bir şans vermədi. İlk yarını minimal üstünlüklə tamamlayan Okan Burukun komandası ikinci hissənin ortalarında hesabı darmadağın həddinə çatdırdı. “Eyüpspor” qollardan birinin əvəzini çıxsa da, sonradan bu qolu vurmağına peşman oldu. Buna qədər superliqada yalnız penaltilərdən fərqlənən Morata sonradan meydana çıxdığı oyunda dubl edərək yekun nəticəni müəyyənləşdirdi.

Qeyd edək ki, Osimhen mövsümdə 36-cı rəsmi oyunda 31-ci qolunu vurmaqla şəxsi rekordunu təkrarladı. O, daha öncə 2022/23-də “Napoli”nin heyətində 39 rəsmi oyuna bu qədər qol vurmuşdu. Torreyra isə Türkiyə karyerasında ilk dəfə ardıcıl 2 tur qol sevinci yaşamış oldu. Beləliklə, “Qalatasaray” bu mövsüm superliqada səfərdə artıq 3-cü dəfə 5 qol vurmaqla qalib gəldi və “Fənərbaxça” ilə aradakı 5 xallıq fərqi qorudu.

33-cü tur
Eyüpspor – Qalatasaray 1:5

Klaro, 79 – Şallai, 29. Torreyra, 56. Osimhen, 71. Morata, 87; 89.
Qalatasaray: Muslera, Frankovski (Kaan Ayhan, 46), Sançes, Əbdülkərim Bardakcı, Ərən Elmalı, Lemina, Torreyra (Kərəm Dəmirbay, 83), Yunus Akgün (Mertens, 76), Sara (Morata, 67), Şallai, Osimhen (Ahmed Kutucu, 76).

Qaziantep - Fənərbaxça 1:3
Maksim, 13 – Talişka, 68-p. Ceko, 69. Fred, 72.
Fənərbaxça: İrfan Can Eğribayat, Oğuz Aydın, Çağlar Söyüncü, Şkrinyar, Yusuf Akçiçək, Kostiç (Tadiç, 67), Fred, İsmayıl Yüksək (Ən-Nəsiri, 46), İrfan Can Kahveci (Şimanski, 67), Talişka (Cenk Tosun, 84), Ceko (Ləvənt Mercan, 80).

Beşiktaş – Hatayspor 5:1
İmmobile, 36-p.; 52-p.; 59. Rafa Silva, 53. Arroyo, 78 – Abdulkadir Parmak, 20.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Əmirhan Topçu (Tayyib Sanuç, 80), Əmrəcan Terzi (Onur Bulut, 75), Haciahmetoviç, Fernandeş, Raşitsa (Semih Kılıçsoy, 75), Rafa Silva, Mustafa Həkimoğlu (Mario, 61), İmmobile (Arroyo, 75).

Trabzonspor – Alanyaspor 4:3
Zubkov, 7. Sikan, 17; 38. Banza, 45+5 – Kordova, 27. Haderconay, 45-p. Şporar, 52.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Bataqov, Okay Yokuşlu, Mustafa Eskihellaç (Arif Boşluk, 80), Mendi (Lundstram, 71), Ozan Tufan (Çam, 90), Zubkov (Cihan Çanak, 90), Sikan (Enis Destan, 71), Visça, Banza.

Göztəpə - İstanbul BŞ 4:1
Bayır, 25. Kanatsızkuş, 42. Yıldız, 65. Emersonn, 87 – Keni, 75.

Bodrum – Samsunspor 1:2
Ahmet Aslan, 4 – Ntçam, 11. Dimata, 38.

Kayserispor – Çaykur Rizəspor 1:0
Burabia, 43.

Konyaspor – Adana Dəmirspor 3:1
Bazur, 69; 78. Abdulsamet Burak, 90+4-öz qapısına – Salih Kavrazlı, 45+3.

Sivasspor – Antalyaspor 2:0
Radakoviç, 62. Manay, 75.

1. Qalatasaray 31 25 5 1 78-30 80
2. Fənərbaxça 31 23 6 2 80-31 75
3. Samsunspor 32 16 6 10 47-38 54
4. Beşiktaş 31 14 10 7 48-32 52
5. Eyüpspor 32 14 8 10 49-38 50
6. İstanbul BŞ 31 14 6 11 50-43 48
7. Trabzonspor 31 12 9 10 52-39 45
8. Göztəpə 31 11 10 10 51-39 43
9. Konyaspor 32 12 7 13 41-44 43
10. Kasımpaşa 31 10 12 9 53-55 42
11. Qaziantep 31 12 6 13 41-43 42
12. Kayserispor 31 10 10 11 39-49 40
13. Antalyaspor 31 11 7 13 34-55 40
14. Çaykur Rizəspor 31 11 4 16 36-50 37
15. Sivasspor 32 9 7 16 43-53 34
16. Alanyaspor 31 9 7 15 36-47 34
17. Bodrum 32 9 7 16 24-37 34
18. Hatayspor 31 4 7 20 33-62 19
19. Adana Dəmirspor (-12) 31 2 4 25 27-77 -2

Bombardirlər: Osimhen (Qalatasaray) – 22, Pyontek (İstanbul BŞ) – 20, Banza (Trabzonspor) – 19, Ən-Nəsiri (Fənərbaxça) – 16.

Turun rəqəmi
300 – Okan Buruk bu tur baş məşqçi kimi Türkiyə çempionatında yubiley oyununa çıxdı. O, “Elazığspor” (25), “Qaziantepspor” (34), “Sivasspor” (11), “Akhisar Bələdiyəspor” (43), “Çaykur Rizəspor” (28), “İstanbul BŞ” (54) və “Qalatasaray”da (105) olmaqla 7 fərqli klubun başında çıxdığı bu 300 oyundan 160 qələbə, 59 heç-heçə, 81 məğlubiyyətlə ayrılıb. Maraq üçün bildirək ki, turnirin tarixində yalnız iki məşqçi – Fatih Terim (180) və Mustafa Dənizli (175) ilk 300 oyunda Burukdan daha çox qələbə qazanıb.

Turun ulduzu
Çiro İmmobile (Beşiktaş) – son 15 rəsmi oyunda cəmi bir qolu olan italiyalı acığını “Hatayspor”dan çıxdı. Düzdü, ikisi penaltidən vurulan və üstəlik autsayderlə oyunda edilən het-triki böyük qəhrəmanlıq saymaq çətindi. Amma istənilən halda təcrübəli forvard həm Türkiyə karyerasında ilkə imza atdı, həm də adını klubun tarixinə yazdırdı. 35 yaş 64 günlüyündə bu performansı sərgiləməklə İmmobile “Beşiktaş” tarixində superliqada het-trik edən ən yaşlı futbolçu oldu! İmmobile həm də Stefano Okaka (2021) və Mario Balotellidən (2022) sonra Türkiyə çempionatında het-trik edən 3-cü italiyalı futbolçu oldu. Buna qədər çempionatda het-trik edən “ağ-qaralar”ın son futbolçusu isə 2021-in mayında kanadalı Kayl Larin olmuşdu.

Turun sitatı
Ahmet Çakar, futbol yazarı və şərhçisi:

“Qalatasaray” hətta var gücü ilə oynamadan belə böyük hesabla qalib gəldi. Artıq bir məqam dəqiqdi ki, Osimhen həm peşəkarlıq, həm də səviyyə baxımından Hacidən sonra “Qalatasaray” tarixinin ən dəyərli ismidi. Hər top uğrunda az qala canını qoyur. Hətta öz cərimə meydançasına qədər gəlib topu uzaqlaşdırır. Komanda yoldaşlarını da həvəsləndirir. Qollarla yanaşı, məhsuldar ötürmələr də verir. Qol vurduğu epizodda etdiyi hərəkətlər onun əsl superulduz olduğunu bir daha sübut etdi”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Eyüpspor” mövsümün yaxşı klublarından biridi. Zaman-zaman bizə çətinlik yaşatdılar. Hesabı açandan sonra daha rahat oynamağa başladıq. Qapımız önündə ciddi təhlükə yaşanmadı. Hesab 3:1 olandan sonra üstümüzə gəlməyə və boşluqlar buraxmağa başladılar. Həmin anlarda düzgün oynayaraq daha 2 qol vurduq. Belə matçlarda hesabı açmaq həmişə önəmlidi. Hücum planında çox yaxşı təsir bağışladıq. 5 qoldan əlavə qaçırdığımız fürsətlər, dirəkdən dönən zərbəmiz də oldu. Nəticə və oyun bizim üçün gözəl olsa da, hələ heç nə bitməyib. Növbəti oyunlarda da eyni ciddiliklə davam etmək və sonda çempion olmaq istəyirik. Martdan etibarən oyun sayımız azalmağa başladı. Qışda gələnlər uyğunlaşma dönəmini bitirincə və zədəlilər də formaya düşüncə oyunumuz yüksələn qrafiklə inkişaf etməyə başladı. Həm də may yaxınlaşdıqca daha istəkli oynamağa başlayırıq. “Qalatasaray”da arzularımı həyata keçirirəm. Təbii ki, daha çox çempionluq qazanmaq istəyirəm”.

Joze Mourinyo “Fənərbaxça”nın baş məşqçisi:
“Rəqibin vurduğu qol zamanı zərbə yaxşı alınsa da, o epizodda biz özümüz səhvə yol verdik. Biz hücumameyilli komanda olduğumuza görə mərkəzdə top itkiləri həmişə rəqiblər üçün əks-hücum fürsəti yaradır. Amma qalan müddətdə meydanda ağalıq edən və futbol oynamağa çalışan bir “Fənərbaxça” izlədik. Sonrakı dəqiqələrdə qapıçımıza heç bir iş düşmədi. İkinci hissədə əvəzetmələrdən sonra oyun bizim üçün tam qaydasına düşdü. İkinci hissə ilə birinci hissə arasında oyun baxımından fərq olmadı. Sadəcə, ikinci hissədə qollar vurmağı bacardıq. Hakimin bəzi qərarları düzgün deyildi. 3-cü dəqiqədə dayaq yarımmüdafiəçimizə sarı vərəqə göstərdi. Amma İsmayıl Yüksəyi ilk yarıda əvəzləmək istəmədim. Sonradan həm onu, həm də yorulan İrfan Can Kahvecini əvəzləməli oldum. Hakim bəzi epizodlarda əleyhimizə qərarlar veürsə də, psixoloji cəhətdən möhkəm qalmağı bacardıq. Asan oyun olmadı. Futbolçularımın performansından məmnunam”.

Ole Qunnar Sulşer, “Beşiktaş”ın baş məşqçisi:
“Bu gün rəqib ilk yarım saatda bizdən daha yaxşı təsir bağışladı. Çox yaxşı mübarizə apardılar və bəzi fürsətər yaxaladılar. Hesabda önə də keçdilər. Biz yalnız hesab 2:1 olandan sonra oyunumuzu tapdıq. Müdafiədən dönən topları qazandıq və bir çox sürətli hücum qurduq. Müdafiədə də səhvə yol vermədik. Xarakter göstərdik və komanda şəklində yaxşı savaşdıq. Düzgün oynadığımız təqdirdə çox qol vuracağımızı bilirdik. Ancaq qarşıda hələ yenə oyunlar var. Ona görə də üzərimizdə çalışmaqda davam etməliyik. Növbəti turu səbirsizliklə gözləyirik. “Fənərbaxça”ya qarşı çətin bir derbi matçımız var. Yaxşı hazırlaşmalı və mövsümü pozitiv bitirməyə çalışmalıyıq. Hər iki komandanın meydana yüksək motivasiya ilə çıxacağına əminəm. Mourinyo ilə bir-birimizi gözəl tanıyırıq. İkimiz də komandamızı oyuna ən yaxşı şəkildə hazırlayacağıq. Belə matçlarda komandaların turnir cədvəlindəki mövqeyi prinsipial əhəmiyyət daşımır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-04-2025, 10:0

Bu klub bu tur ilk dəfə superliqa ilə vidalaşa bilər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

26-04-2025, 13:0

İmmobile tarixə, ''Hatayspor'' aşağı liqaya düşdü

Dünya futbolu

26-12-2024, 10:0

''Hatayspor'' ''Fənər''lə oyundan öncə məşqçisi ilə vidalaşdı

Dünya futbolu

11-03-2025, 14:0

Tanınmış şərhçi Türkiyə çempionunu açıqladı

Dünya futbolu

1-02-2024, 23:0

Okan Burukdan növbəti rekord

Aktual
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
Son xəbərlər
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 11:09
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 483
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 200
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə