Voleybolçumuz Polina Rəhimova Braziliya çempionu olub.
"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Osasko" finalda "Sessi Bauru"ya qalib gəlib - 3:1. Çox gərgin mübarizə şəraitində keçən görüşdə “Osasko” iki hissəni tay-brekdə qazanıb, Rəhimova isə cəmi iki xal toplayıb. Beləliklə, daha əvvəl ölkə kubokunu qazanan komanda qızıl dubl edib.
Qeyd edək ki, Rəhimova üçün bu, Braziliyada ilk çempionluqdu.
Polina Braziliya çempionu oldu
İdman






