Millimizin üzvü klubundan ayrıldı

25.12.2023 10:52 207
İdman
Millimizin voleybolçusu Polina Rəhimova Vyetnam “Xoa Çat Duk Qianq Tia Sanq”ı ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə şəxsi feysbuk səhifəsində paylaşım edib.

Rəhimova bu ölkədəki ikinci təcrübəsinin də çoxlu gözəl xatirələrlə yadda qaldığını bildirib:

"Təşəkkür edirəm, Vyetnam. Buranın insanları həmişə mənə özümü evdəki kimi hiss etməyə imkan verir. Gələcəkdə yenidən görüşənədək".

Qeyd edək ki, Polina Rəhimova 2021/22 mövsümündə bu ölkədə "Geleximko Thai Binh"in formasını geyinib. O, hazırkı komandası ilə Vyetnam liqasında gümüş medal qazanıb və çempionatın ən yaxşı hücumçusu seçilib.