“Məqsədimiz çempionatı ikinci yerdə başa vurmaqdı” – “Karvan” təslim olmayacaq
Aktual / Ölkə futbolu
28-04-2025, 11:0
1-ci liqanın 23-cü turunda “İmişli” ilə yanaşı, “Karvan” da premyer-liqaya vəsiqəni rəsmiləşdirdi.
Komandanın mövsümün son oyunlarında hədəfinin nə olacağını, futbolçuların oyuna necə köklənəcəyini baş məşqçi Kənan Kərimovdan soruşduq:
“Artıq “üçlük”də yerimizi təmin etdik. Bundan sonrakı oyunlara köklənməyə çalışacağıq. Bundan sonrakı oyunlar üçün məqsədimiz çempionatı ikinci yerdə başa vurmaqdı”.