“Ağdaş”ın baş məşqçisinə daha 5 oyunluq cəza

25.04.2025 15:30 29
Ölkə futbolu
AFFA İntizam Komitəsi 2-ci liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha 5 oyunluq cəzalandırıb.

"Football-plus.az" xəbəb verir ki, o, 22-ci turda “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsinə görə diskvalifikasiya edilib. Onun cəzasının üzərinə daha 5 matç əlavə edilib.

Xatırladaq ki, İntizam Komitəsi eyni səbəbdən aprelin 18-də də Ruslan Hüseynovu 5 oyunluq cəzalandırmışdı.