5 həftəlik “istirahət”ə yollandı

21.04.2025 22:23 5
Dünya futbolu
“Napoli”nin aparıcı oyunçularından biri uzun müddətə sıradan çıxıb.

Mərkəz müdafiəçisi Juan Jezus A seriyasının 32-ci turunun “Empoli” ilə oyununda (3:0) ciddi zədə alıb. 33 yaşlı braziliyalı futbolçunun sağ bud əzələsi xəsarət alıb. Onun ən təxminən 5 həftə meydana çıxa bilməyəcəyi gözlənilir.

Juan bu mövsüm “Napoli”nin heyətində A seriyasında 16 oyuna çıxıb.