Jurnalistlərlə görüşə ehtiyac duymadı

21.10.2026 11:43 45
Dünya futbolu
Ruben Amorim şənbə günü jurnalistləri məyus edib.

“Milan”ın baş məşqçisi “Atalanta” ilə oyundan əvvəl keçirilməsi planlaşdırılan mətbuat konfransını ləğv edib. İtaliya klubu bu qərarı futbolçuların və məşqçilər korpusunun qarşıdakı matça daha çox vaxt ayırması üçün verib. Qərar komandanın Avstriyadan qayıtmasından sonra qəbul edilib. “Milan” Avropa Liqasında “Zaltsburq”u 4:0 hesabı ilə məğlub edib.

Sıx təqvimə görə məşqçilər korpusu media çıxışlarından daha çox futbolçuların fiziki bərpasına, yükün düzgün bölüşdürülməsinə və meydandakı hazırlığınaa üstünlük verir.