İki cüdoçumuz mübarizəyə başlayır - AÇ

24.04.2025 10:59 4
İdman
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yarışın ikinci günündə millimizin iki idmançısı mübarizəyə qoşulacaq.

Avropa çempionatı
Kişilər
73 kq

Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gələcək.

Qadınlar
57 kq

Fidan Əlizadə 1/16 finalda Anastasiya Sokiryanskanı (Latviya) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk günündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulaşacaq.