Bu gün Fransanın Monpelye şəhərindəki cüdo üzrə Avropa çempionatına yekun vurulacaq.
"Football-plus.az" xəbər verir ki, son gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq.
Murad Fətiyev (90 kq) 1/16 finalda Laşa Bekauri (Gürcüstan) ilə, Zelim Kotsoyev (100 kq) isə eyni mərhələdə Harri Lovell-Hyuitt (Böyük Britaniya) ilə üz-üzə gələcək
Uşanqi Kokauri (+100 kq) isə bu mərhələdən azaddır. 1/8 finaldan mübarizəyə başlayacaq idmançının rəqibi Mirça Kroytoru (Rumıniya) – Marius Fizel (Slovakiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.