30-cu turun “Kəpəz” - “Araz-Naxçıvan” matçında qonaq sektordakı tribunanın oturacaqların yarısının söküldüyünün şahidi oldum. Tovuz şəhər stadionunun qonaq sektorunda yeni dam örtüyünün tikintisi planlaşdırılır.
Qonaq sektordakı oturacaqlar tam sökülübmü? Arenaya dam örtüyü nə zaman quraşdırılacaq? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:
“İnfrastruktur layihəsinin bir hissəsidi. Tribunanın damının quraşdırılması layihələndirilir. Mövsümün sonuna kimi onu etmək çətindi. Oturacaqların hamısı dəyişəcək, yeniləri quraşdırılacaq”.
ƏSƏD SEYİDOV






