“Liverpul” onu hədəfə aldı

22.04.2025 18:12 5
Dünya futbolu
“Liverpul” yayda “Brentford”un hücumameyilli yarımmüdafiəçisi Brayan Mbemonu heyətinə qatmağı planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Arne Slot onun komandanın hücum xəttini gücləndirəcəyinə ümid edir. 25 yaşlı vingerin transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Futbolçunun “Brentford”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.

Brayan İngiltərə premyer-liqasının cari mövsümündə 33 oyun keçirib, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. O, komandada 2019-cu ildən çıxış edir.