2-ci bundesliqanın 30-cu turunun ev matçında “Nürnberq” 2:3 hesabı ilə uduzub. Komandasının hər iki qolunu həmyerlimiz vurub.
"Football-plus.az" xəbər verir ki, futbolçi dubl etdiyi görüşdən sonra İnstaqramda paylaşım edib. O yazıb:
“İstədiyimiz nəticə olmasa da, hər məğlubiyyət bir dərsdi. Mübarizəmizlə, komandamızla fəxr edirik. Daha güclü qayıdacağıq. Dəstəyiniz üçün təşəkkürlər”.
Qeyd edək ki, Mahir 2-ci bundesliqada 20 oyuna 6 qol vurub, 1 qolun ötürməsini edib. O, 1 dəfə isə kubok matçında fərqlənib.






