"Football-plus.az" xəbər verir ki, bu sözləri "Nürnberq"də çıxış edən Mahir Emreli İnstaqram hesabındakı paylaşımında yazıb.
27 yaşlı futolçu ötən gün 2-ci bundesliqanın 29-cu turunda "Kayzerslautern"lə oyunda (2:1) baxımlı qol vuraraq komandasının qələbəsindən böyük pay sahibi olub. "Nürnberq"də son qolunu ötən ilin noyabrında vuran Emreli çox tənqid olunması ilə bağlı fikirlərini bölüşüb:
"Heç vaxt hörmətimi itirmədim. Və bu gün nəyin uğrunda mübarizə apardığımı göstərdim. Bu məqsəd üç xaldan daha böyükdür. Bu, mənə inanan hər kəs üçündür. Komanda yoldaşlarım, məşqçilərim və xüsusilə siz, azarkeşlərə inanılmaz dəstəyiniz üçün təşəkkür edirəm. Gələn oyunda görüşərik”.
Qeyd edək ki, Mahir bu mövsüm "Nürnberq"də ümumilikdə 20 oyuna 5 qol vurub, 1 qol ötürməsi edib.






