Millimiz Estoniyaya uduzdu

19.04.2025 14:52 7
Ölkə futbolu
U-17 millimiz Moldovada təşkil olunan UEFA İnkişaf Turnirində 3-cü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komandamız estoniyalı həmyaşıdları ilə qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Estoniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

Qeyd edək ki, yığmamız bunadək yarışda 2 matça çıxıb. Aqil Nəbiyevin komandası Moldovaya uduzub (0:1), Gürcüstana qalib gəlib (1:0).