“Liderlərlə fərqi aradan qaldırmalıyıq”

15.04.2025 15:51 5
İdman
Həftəsonu keçiriləcək Bəhreyn “Qran-pri”si ərəfəsində “Ferrari”nin pilotu Lüis Hemilton bu komandanın imkanlarını dəyərləndirib:
“Liderlərdən geriliyi 0,3-0,4 saniyəyə qədər azaltmalıyıq. Bu isə ciddi iş tələb edir. Biz tərəqqi edirik, ancaq başqa komandalar da yeniləmə edəndən sonra onlara nə qədər yaxınlaşa biləcəyimiz aydın olacaq. Hələ ki lazımi səviyyədə olmayan sıxıcı güc probleminin həllinə köklənmişik”.
35 xala malik “Ferrari” ilk üç mərhələdən sonra Mühəndislər kubokunda 4-cü pillədə qərarlaşıb. İtaliya komandası lider “Maklaren”dən 76 xal geri qalır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul