Belədə oyunun tarixinin dəyişdirilməsi mümkündümü? “Football-plus.az”ın sualını PFL-in Media və Marketinq üzrə direktoru Sənan Abdullayev cavabladı:
“Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı Azərbaycan kubokunun final matçının tarixində hər hansı bir dəyişiklik olacağı təqdirdə rəsmi saytımızda məlumat yerləşdirəcəyik”.
Xatırladaq ki, ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları aprelin 23-də keçiriləcək. “Sabah” “Neftçi”ni, “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. İlk oyunlarda masazırlılar 2:1, naxçıvanlılar 1:0 hesablı qələbə qazanıb. Final isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.KƏNAN BAHADIR





