Futzal üzrə ölkə kubokunda iştirak edəcək komanda sayı

9.01.2024 11:54 199
İdman
Futzal üzrə ölkə kubokunun 2023/24 mövsümündə iştirak edəcək komandaların sayı müəyyənləşib.

“Football-plus.az" xəbər verir ki, turnirdə 16 klub mübarizəyə qoşulacaq.

Yanvarın 17-də baş tutacaq püşkatma mərasimində 1/8 final mərhələsinin cütləri bilinəcək. Bakı İdman Sarayında keçiriləcək tədbir saat 12.00-da başlayacaq.

İştirakçı komandalar “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club”, “Yasamal Bakı”, U-19, “Bakı”, “Baku Fire-2”, PFL, “Xan-Lənkəran”, “STAR kargo”, “Dalğa”, “Timsport”, “Trabzon Azərbaycan”, “Dəstə Ordubad” və “Metropoliten” olacaqlar.

1/8 final oyunları fevralın 10-11-də keçiriləcək. Hər mərhələ bir görüşdən ibarət olacaq.