Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

11.04.2025 12:34 9
İdman
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı keçirilir.

"Football-plus.az" xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz bu gün turnirdə 5 idmançı ilə mübarizəyə başlayacaq.

Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaqlar.

Bu çəkilərdə medal görüşləri isə sabah keçiriləcək.

Eyni zamanda bu gün qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) bürünc medal qarşılaşmasına çıxacaq. O, Cenna Hemyae (Finlandiya) ilə üz-üzə gələcək.

Jalə yarımfinalda zədələnərək görüşdən məğlub ayrılmışdı.

Qeyd edək ki, ölkəmiz sözügedən yarışda 6 medal qazanıb. Sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə ediblər. Millimiz bu nəticə ilə komanda hesabında Avropa çempionu olub.