Jalə və Ruzanna mübarizəyə başlayır - AÇ

10.04.2025 11:14 4
İdman
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün daha iki qadın güləşçimiz mübarizəyə başlayacaq. Jalə Əliyeva (57 kq) və Ruzanna Məmmədova (62 kq) qüvvələrini sınayacaqlar.

Bir qadın güləşçimiz isə bürünc medal görüşünə çıxacaq. Alyona Kolesnik (59 kq) 3-cülük uğrunda Aurora Russo (İtaliya) - Mariana Çerdivara (Moldova) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, bunadək Azərbaycan yarışda 6 medal qazanıb. Sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə ediblər.