“Karvan”ın baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayaraq, həm son tur, həm də “İmişli” ilə qarşıdakı oyun haqda fikrini öyrəndik:
“Bizə 3 xal lazım idi. Futbolçular da əzmkar mübarizə aparıb qələbəni əldə etdilər. Mövqeyimizi əldən vermək istəmirik. 2-ci pillədə qalmalıyıq. Hər buraxılan top bizi narahat edir. Sadəcə, hesab 5:1 olandan sonra futbolçularda rahatlıq yarandı, bu üzdən qapımızda iki top gördük. Yəqin ki, bundan nəticə çıxararıq. Növbəti tur öz meydanımızda “İmişli”ni qəbul edəcəyik. Qarşıda bizi vacib oyun gözləyir. 3 xal üçün meydana çıxacağıq”.
ƏSƏD SEYİDOV






