Misli premyer-liqasının 29-cu turunda bu gün “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” oyuna itkilərlə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirli zədə səbəbindən bu oyunda iştirak etməyəcək.
Qeyd edək ki, “Liv Bona Dea”da keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu saat 18.00-da başlayacaq.