Güləşçilərimiz mübarizəyə start verir - AÇ

7.04.2025 10:47 13
İdman
Bu gün güləş üzrə Avropa çempionatına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavadakı yarışın ilk günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaq.

Beş çəki dərəcəsində təsnifat görüşləri baş tutacaq. Azərbaycan millisinin 5 güləşçisi yarışa start verəcək.

Sərbəst güləş
57 kq

İslam Bazarqanov yarışa 1/4 finaldan başlayacaq.

65 kq
Əli Rəhimzadə 1/8 finalda belçikalı Ayub Musayevlə qarşılaşacaq.

70 kq
Kənan Heybətov təsnifat mərhələsində avstriyalı Benedikt Huberlə görüşəcək.

79 kq
Orxan Abasov təsnifat mərhələsində fransalı Zelimxan Hadjiyevlə üz-üzə gələcək.

97 kq
Abubakr Abakarov təsnifat mərhələsində ukraynalı Vasil Sova ilə qarşılaşacaq.

Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12.30-da start götürəcək. Sabahdan başlayacaq yarımfinallar 18.45-də, medallar uğrunda qarşılaşmalar isə 20.00-da başlayacaq.