Bu gün beş idmançımız mübarizəyə başlayır - Paris-2024

27.07.2024 10:28 316
İdman
Daha beş idmançımız Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək. Batminton yarışları Bakı vaxtı ilə saat 10:30-da başlanacaq

Saat 12.00-da isə cüdo yarışları start götürür. Cüdoçulardan Balabəy Ağayev (60 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq. Qadın cüdoçumuz Leyla Əliyeva (48 kq) 1/16 finalda Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada təsnifat mərhələsində yarışacaq. 33 idmançı start xəttinə çıxacaq, onlardan 8-i finala yüksələcək. (Saat 12.30)

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində yarışacaq (13.00).

Paris-2024 -ə avqustun 11-də yekun vurulacaq. Xatırladaq ki, ölkəmiz Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur.