Azərbaycan çempionatı keçiriləcək

19.12.2022 11:21 298
İdman
Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.

Football-plus.az xəbər verir ko, Bakı İdman Sarayında baş tutacaq yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

Dekabrın 20-də saat 16.00-da çempionatın açılış mərasimi keçiriləcək.

Hər gün saat 10.00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək.

Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.

Qeyd edək ki, medallar uğrunda qarşılaşmalar hər gün saat 16.30-dan etibarən İdman TV vasitəsi ilə canlı yayımlanacaq. Arenaya giriş sərbəstdi.