• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Araz-Naxçıvan" finalın qapısını araladı - REPORTAJ

Ölkə futbolu / Reportaj

5-04-2025, 09:0

yarımfinal, ilk oyun
Araz-Naxçıvan - Qarabağ (Ağdam) 1:0 (1:0)

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 7. Ülvi İsgəndərov (2. Slavik Alxasov, 71), 26. Ömər Buludov, 29. Vanderson Melo, 17. İssuf Paro (16. Ramon Maçado, 53), 23. Nuno Rodriges (10. Bernardo Dias, 46), 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos (6. Vadim Abdullayev, 83).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 97. Fabian Buntiç, 24. Aleksey İsayev (9. Kadi Borges, 61), 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı (90. Nəriman Axundzadə, 74), 29. Marko Veşoviç (15. Leandro Andrade, 61), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk (44. Elvin Cəfərquliyev, 61), 11. Emmanuel Addai (10. Abdulla Zubir, 61).
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Qol: F.Santos, 28-p.
Vərəqələr: M.Veşoviç, 36 (hakimin qərarına etiraz). V.Melo, 45+2 (qeyri-idman hərəkəti). B.Dias, 58 (oyunun bərpasının ləngidilməsi). L.Andrade, 76 (qeyri-idman hərəkəti). U.Abbasov, 84 (qeyri-idman hərəkəti). İ.Ribeyro, 86 (oyunun bərpasının ləngidilməsi). K.Borges, 90+4 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
2 aprel. Bakı. "Liv Bona Dea Arena". 600 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.

Əlbəttə, ölkə kubokunu başı üzərində qaldırmaq Azərbaycan futbolu səviyyəsində yetərincə ciddi uğurdu. Bu üzdən ötən mövsüm "qızıl dubl"a imza atan "Qarabağ" həmin sevinci növbəti dəfə yaşamaq arzusundan vaz keçə bilməz. Lakin bu titulun "Araz-Naxçıvan" üçün daha önəmli olduğuna şübhə yoxdu. Ona görə ki, Muxtar Respublika təmsilçisi tarixində ilk dəfə həm kuboka yiyələnə, həm də avrokuboklara yollana bilər. Belədə ilk matçda sərfəli nəticə qazanmağın nə dərəcədə vacib olduğunu anlamaq çətin deyil. Bəs, Elmar Baxşıyev Ramon Maçado və Alan Dias kimi aparıcı oyunçularını niyə start heyətində meydana buraxmadı? Bu, hələ ki, sirrdi...

Hər halda, "qırmızı-ağlar" lazım olan qələbəni qazandı. Baxmayaraq ki, “Qarabağ” oyuna daha fəal başladı. Qonaqlar 7-ci dəqiqədə Musanın uzaqdan ötürdüyü topu qəbul edən Kaşuk sayəsində fərqlənə bilərdi. Lakin ukraynalı qeyri-dəqiq oynadı. Bir qədər sonra meydan sahiblərinin qol cəhdi uğursuzluqla nəticələndi. Ülvi oyun ərzində dəfələrlə təkrarlayacağı səhvə imza atdı: fürsəti boşa verdi.

24-cü dəqiqədə növbəti dəfə hücuma keçən "Araz-Naxçıvan" Benzya cərimə meydançası daxilində Paronu kobud müdaxiləylə yerə sərdiyinə görə penalti qazandı. Daha doğrusu, VAR-ın müdaxiləsiylə sonradan epizodu incələyən Elçin Məsiyev "nöqtə"ni göstərdi. Belədə topun arxasına keçən Santos komandasını hesabda önə çıxardı. Fərqi artırmağa çalışan "qırmızı-ağlar"ın növbəti hücum cəhdi də özünü çox gözlətmədi. 31-ci dəqiqədə Qara Yankoviçlə təkbətək mübarizədən qalib ayrıldı və topu Nunoya çatdırdı. Bəxtini sınamaq qərarına gələn portuqaliyalı uzaq məsafədən qol vurmaq eşqinə düşsə də, zərbəsi dəqiq olmadı.

Ardından Addainin hesabı bərabərləşdirmək istəyi gözündə qaldı. Onun yumşaq zərbəylə tora qovuşdurmaq istədiyi topu saxlamaq Avram üçün çətin olmadı. Birinci hissədə o qədər də yaxşı təsir bağışlamayan ağdamlılar ikinci yarıda da oyunun axarını öz xeyrinə dəyişə bilmədi. Qurban Qurbanovun hücum xəttini gücləndirmək cəhdi də fayda vermədi və qonaqlar məğlubiyyətlə barışmalı oldu.

İş orasındadı ki, 51-ci dəqiqədə Koxalski Ülvinin fərqlənmək cəhdinə mane olmasaydı, elə həmin Ülvinin bir qədər sonrakı zərbəsi dirəkdən qayıtmasaydı, "Qarabağ" cavab görüşü ərəfəsində daha çətin vəziyyətə düşəcəkdi. Ağdamlılar 2-ci hissədə yalnız bir real təhlükə yaratdı ki, onda da Avram Kadinin hesabı bərabərləşdirməsinə imkan vermədi. Nəticədə "Araz-Naxçıvan" cavab oyununa ən azı bir addım öndə çıxacaq.

Gözdən qaçmadı
* Qurban Qurbanov Elçin Məsiyevin penalti qərarına çox kəskin etiraz etdi. Təcrübəli mütəxəssis əvvəlcə dördüncü hakim Kamal Umudluya yaxınlaşaraq qərarın ədalətli olmadığını izah etməyə çalışdı. Ondan müsbət cavab ala bilməyən baş məşqçi texniki zonadakı yerinə qayıdarkən emosiyalarını cilovlaya bilmədi və əlində tutaraq epizodu incələdiyi planşeti təpiklə sındırdı.
* "Qarabağ Ordu", "İmarət Tafya" və nəhayət, "Sektor 85" fanklubları tribunada idi. "Qarabağ" azarkeşləri məğlub olan komandanı yanına çağırıb cavab oyununda mərhələ adlayacaqlarına inandıqlarını dedilər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

2-04-2025, 15:0

"Araz-Naxçıvan" - "Qarabağ": START HEYƏTLƏRİ

Ölkə futbolu

22-12-2024, 15:0

"Qarabağ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

8-03-2025, 18:0

"Araz-Naxçıvan" - "Qarabağ": START HEYƏTLƏRİ

Premyer-liqa

2-08-2024, 19:0

“Araz-Naxçıvan” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu

29-11-2024, 15:0

"Araz-Naxçıvan" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Premyer-liqa

19-10-2024, 14:0

"Şamaxı" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Aktual
“Elgizin çempion olacağın gözləmirdim” - Nazim Əliyev oğlunun məşqçi karyerasından danışdı 
Roderik Miller Azərbaycanı tərk etdi – DÇ-2026-da iştirak etmək üçün!
Türkiyə superliqasında çıxış edən futbolçu Azərbaycandan dəvət gözləyir – özü açıqladı!
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
Son xəbərlər
  • Bu gün, 16:52
    “Elgizin çempion olacağın gözləmirdim” - Nazim Əliyev oğlunun məşqçi karyerasından danışdı 
  • Bu gün, 16:50
    “Qəbələ” azarkeşləri Mingəçevirə gedib
  • Bu gün, 16:17
    Roderik Miller Azərbaycanı tərk etdi – DÇ-2026-da iştirak etmək üçün!
  • Bu gün, 15:59
    "Turan Tovuz" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 15:34
    "Qəbələ"nin pley-offdakı rəqibi kim olacaq? - YENİLƏNİR
  • Bu gün, 15:29
    Masazırda Berdıyev – Dambrauskas dueli, Sumqayıtda derbi... - YENİLƏNİR
  • Bu gün, 15:28
    ''Beşiktaş''ın forvardı maşını 163 km/saatla sürdü, radara yaxalandı
  • Bu gün, 14:57
    ''Əl-Nəssr'' Ronaldo ilə axır ki çempion oldu!
  • Bu gün, 14:26
    AFFA-da C kateqoriyalı kurslar keçirilir
  • Bu gün, 13:55
    “Gümüş camın bu qədər ağır olduğunu bilmirdim” - Bişof məşqdə hansı futbolçuya qarşı çətinlik çəkir?
  • Bu gün, 13:24
    Maraqlı çempionlar
  • Bu gün, 12:53
    “Aston Villa”nın 44 illik həsrəti bitdi! - Emeri avrokuboklarda növbəti rekordlara imza atdı
  • Bu gün, 12:32
    Türkiyə superliqasında çıxış edən futbolçu Azərbaycandan dəvət gözləyir – özü açıqladı!
  • Bu gün, 12:11
    Edvards uduzdu və barışdı - “Onların qarşısında şlyapamı çıxarıram”
  • Bu gün, 11:59
    Beş komanda maksimum nəticə göstərib
  • Bu gün, 11:40
    “Veqas” 2023-dən bəri ilk dəfə finalda
  • Bu gün, 11:25
    Bu gün “Şəfa” mükafatlandırılacaq
  • Bu gün, 10:56
    Rəşad Məcid nəyi düz demir?
  • Bu gün, 10:47
    Mövsümün ən yaxşı oyunçusu seçildi
  • Bu gün, 10:26
    Holann gedir, yoxsa qalır?
  • Bu gün, 09:55
    AFFA "Ağdaş"a 2-ci liqada iştirak etməyə icazə verdi
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 245
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 236
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 230
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 202
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 193
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə