Hakimliyə namizədlər üçün növbəti nəzəri seminar

4.04.2025 21:23 6
İdman
Azərbaycan Cüdo Federasiyasının (ACF) inzibati binasında hakimliyə namizədlər üçün növbəti nəzəri seminar təşkil edilib.

"Football-plus.az" xəbər verir ki, ACF-in Hakimlər Komitəsinin təşkilatçılığı ilə baş tutan seminarın əsas mövzuları jestlər və səsləndirilən komandalar, eləcə də bu ildən tətbiq edilmiş yeni qaydaların izahı olub.

Sonda hakimliyə namizədlərin sualları cavablandırılıb.