Qriliş 25 il öncə ölən qardaşını xatırladı

3.04.2025 20:16 8
Dünya futbolu
Premyer-liqanın 30-cu turunda ''Mançester Siti'' autsayder ''Lester''i qəbul etdi.

''Football-plus.az'' xəbər verir ki, son çempion gözlənildiyi kimi asan qələbə qazandı. Cek Qriliş və Omar Marmuşun qolları ''şəhərlilər''ə 2:0-lıq qələbə qazandırdı. Artıq 2-ci dəqiqədə fərqlənən Qriliş 15 aydan çox davam edən həsrətə son qoydu.

Təcrübəli futbolçu premyer-liqada son qolunu 2023-ün dekabrında vurmuşdu. 29 yaşlı vingerin oyunsonrası açıqlama zamanı üzgün görünməsi diqqətdən qaçmadı.

Qrilişin bu emosiyaları tamam başqa mövzu ilə əlaqəli imiş. 2000-ci ilin aprelin 2-də o, kiçik qardaşı Kilanı itiribmiş. Həmin vaxt cəmi 9 aylıq olan Kilan Qrilişin yatdığı yerdə ürəyi dayanıbmış. Cekin həmin vaxt 4 yaşı var idi. İngiltərə yığmasının üzvü oyundan sonra bunları dedi:
''Bu gün oynamağı çox istəyirdim və düşünürəm ki oynamağa layiq idim. Meydana çıxmaq şansı əldə etdiyimə görə sevincli idim. 25 il öncə aprelin 2-də kiçik qardaşım dünyasını dəyişmişdi. Ona görə də bu, bizim ailəmiz üçün ağır bir tarixdi. Valideynlərim də bu özəl gündə stadionda idilər. Onlar üçün də ağır gündü. Belə bir gündə həm qol vurmağım, həm də qalib gəlməyimiz əla oldu''.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul