"Mən dahiyəm" - Qvardiola

6.01.2023 12:07 214
Dünya futbolu
Dünən İngiltərə premyer-liqasının 19-cu turunda "Mançester Siti" "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib.

Football-plus.az xəbər verir ki, qolu Cek Qrilişin ötürməsindən sonra Riyad Mahrez vurub. Hər iki futbolçu matça ehtiyat oyunçular skamyasından başlayıb. Qoldan 3 dəqiqə 43 saniyə öncə meydana daxil olublar. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola hadisəni belə şərh edib:

"Mən dahiyəm. Hər iki futbolçu əvəzetmədən meydana daxil olaraq bizə qələbə qazandırdılar. "Everton"la matçda da onlar özlərini yaxşı tərəfdən göstərdilər".