FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, yığmamız ötən ayla müqayisədə 5 pillə geriləyib. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. Millimiz komandası 1161.8 xalla 118-ci pillədə qərarlaşıb. Fernando Santuşun rəhbərlik etdiyi kollektiv oktyabr ayında keçirdiyi oyunlarda Estoniya və Slovakiyaya məğlub olub.
Qeyd edək ki, reytinq cədvəlinə Argentina seçməsi başçılıq edir. Son dünya çempionlarını aktivində 1883,5 xal var. Fransa (1859,85) ikinci, İspaniya isə (1844,33) üçüncü yerdədir.