8 oyunluq müdafiəçi…

31.03.2025 16:16 25
Aktual / Ölkə futbolu
“Kəpəz” Conston Omurvanı heyətinə cəlb edib.

Keniyalı mərkəz müdafiəçisi 1998-ci il avqustun 8-də dünyaya gəlib. Peşəkar karyerasına “Vazito”da başlayan Omurva “Mathare Yunayted”də, Portuqaliya “Eştrela”sında, sonuncu dəfə isə Səudiyyə Ərəbistanının “Abha” klubunda çıxış edib.

Futbolçu 2018-ci ildə “Mathare Yunayted” klubuna keçib. O, 3 oyunda çıxış edib və 2 dəfə fərqlənməyi bacarıb. 2019-cu ildə yenidən “Vazito”ya qayıdıb və 2022-ci ilə qədər burada oynayıb. Ardından 2022-24 aralığında “Eştrela”da 25 oyuna çıxıb. İndiyə qədər milli formada 21 oyuna çıxıb.

Maraqlıdı ki, “Kəpəz”in “Səbail”lə oyununda yeni müdafiəçi görünmədi. Bunun səbəbini klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevdən soruşduq:
“Bu gün meydana çıxması mümkün deyildi. Futbolçu sifariş olunmayıb. Sənədləşmə işləri aparılır”.


ƏSƏD SEYİDOV