Fernando Santuş sabah gəlir, İcraiyyə Komitəsi isə…

4.12.2024 19:37 435
Aktual / Ölkə futbolu
Yığmamızın baş məşqçisi Fernando Santuşun dekabrın 5-də Bakıya dönəcəyini xəbər vermişdik.

Bu məqamı bir daha AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ilə dəqiqləşdirdikdə bəlli oldu ki, portuqaliyalı mütəxəssis sabah ölkəmizdə olacaq.

Fürsət düşmüşkən, Elnur bəyin AFFA İcraiyyə Komitəsinin növbəti iclasının dekabrın 15-nə qədər keçiriləcəyi ilə bağlı xəbəri şərh etməsini də istədik:

“İclas dekabrda olacaq. Tarixi məlum deyil”.

ƏSƏD SEYİDOV