“Bizim danışdıqlarımız boş-boş şeylərdi” - Şahin Diniyev

27.03.2025 18:51 87
Aktual / Ölkə futbolu
Yığmanın baş məşqçisi Fernando Santuşun nəticələri heç də ürəkaçan deyil. Odu ki, get-gedə daha çox adam portuqaliyalı mütəxəssisin istefaya göndərilməli olduğunu düşünür və deyir.

“Football-plus.az” yığmanın sabiq baş məşqçisi Şahin Diniyevə bir sualla müraciət etdi: Santuşun mümkün istefası Azərbaycan yığmasına nə qazandıracaq? Bu, yeganə çıxış yoludumu?

Şahin Diniyevin cavabı:
“Bu barədə danışmaq fikrim yoxdu. Artıqdı, bizim danışdıqlarımız boş-boş şeylərdi. Amma onu deyə bilərəm ki, problem baş məşqçidə deyil. 33 ildi baş məşqçini dəyişiriksə və vəziyyət dəyişmirsə, problem baş məşqçidə deyil”.

MÜZƏFFƏR QULUZADƏ