Madridə yollanacağı dəqiqləşdi

27.03.2025 21:00 6
Dünya futbolu
Trent Aleksander-Arnold ilə bağlı şayiələrə birdəfəlik son qoyulub.

"Football-plus.az" xəbər verir ki, bir müddət əvvəl “Liverpul”un onunla yeni müqavilə üçün razılaşa bilmədiyi xəbər verilmişdi. Əvəzində “Real” müdafiəçisi ilə anlaşıb.

Böyük Britaniya mətbuatının məlumatına görə, 26 yaşlı futbolçu İspaniya klubu ilə 5 illik müqavilə imzalayacaq. O, yeni komandasına iyulun 1-də azad gent kimi qoşulacaq. “Real”ın Aleksander-Arnolda hər mövsüm üçün təxminən 15 milyon avro maaş və bonuslar verəcəyi də bildirilib.

Yeri gəlmişkən, onun “Liverpul”dakı illik qazancı illik 11 milyon avrodu.

Aleksander-Arnold “Liverpul”da 2016-cı ilin yayından çıxış edir. O, ötən müddət ərzində bu komandada 349 oyuna çıxıb, 22 qol vurub və 87 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul