Rusların həsrəti bitdi

27.03.2025 22:23 11
İdman
Rusiyalı ağırlıqqaldıranlar 3,5 ildən sonra ilk dəfə dünya çempionatında mübarizə aparacaq.

"Football-plus.az" xəbər verir ki, Peruda gənclər və yeniyetmələr arasında keçiriləcək dünya çempionatının ilkin iştirak ərizəsinə bu ölkənin 33 idmançısı daxil edilib.

Qeyd edək ki, mundial aprelin 30-dan mayın 5-dək Lima şəhərində keçiriləcək. Ruslar sonuncu dəfə Ukrayna ilə müharibədən əvvəl - 2021-ci ildə gənclər və yeniyetmələr arasında dünya çempionatına qatılıb.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) qərarına əsasən, Rusiya və Belarus idmançıları yalnız bu qurumun himayəsi altında keçirilən turnirlərə neytral statusda buraxıla bilər.