Ölkənin kişilərdən ibarət cüdo yığmasına yeni idmançı cəlb olunub.
"Football-plus.az" xəbər verir ki, Camal Qamzatxanov (+100 kq) Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə Azərbaycan bayrağı altında çıxış edəcək. 23 yaşlı cüdoçu sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində keçiriləcək böyüklər arasında Açıq Avropa turnirində mübarizə aparacaq.
Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya, 2019-da isə Avropa çempionatında bürünc medal qazanıb. Amma 3 ilə yaxındı Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etməyib.