Trampla Putin hokkeylə bağlı anlaşdı

27.03.2025 21:55 8
İdman
2022-ci ilin fevralından bəri Ukrayna ərazisini işğal etməyə çalışan Rusiyanı tərəqqipərvər bəşəriyyət qınasa da, Donald Tramp Amerikanın prezidenti postunu tutandan bəri bu yöndə vəziyyət dəyişib.

"Football-plus.az" xəbər verir ki, yeni prezident Ukraynaya təzyiq yolu ilə müharibəni dayandırmağa çalışır.

İki prezident arasında baş tutan telefon söhbəti əsasən müharibə ilə bağlı olsa da da, Tramp Putinin ABŞ-də və Rusiyada MHL və KHL-də çıxış edən hokkeyçilər arasında yoldaşlıq oyunlarının keçirilməsi ilə bağlı təklifini də dəstəkləyib.

Bildiyiniz kimi, MHL-də çıxış edən hokkeyçilər arasında rusiyalılar, KHL-də isə amerikalılar var. Onu da xatırladaq ki, indiyə qədər KHL və MHL komandaları arasında üç yoldaşlıq oyunu keçirilib.

2008-ci ildə Maqnitoqorsk “Metallurq”u “Reyncers”ə uduzub, 2010-cu ildə isə SKA “Karolina”ya qalib gəlib (5:3), Riqa “Dinamo”su “Finiks”lə bacarmayıb (1:3).