Tramp Həbibə müharibə ilə bağlı söz verdi

5.06.2024 20:20 182
Aktual
ABŞ-ın sabiq prezidenti, builki seçkidə Co Baydenə rəqib olacağı gözlənilən Donald Tramp sabiq UFC çempionu Həbib Nurməhəmmədova İsrail - Fələstin müharibəsini dayandıracağına dair söz verib.

“Football-plus.az” xəbər verir ki, Tramp ilə Nurməhəməmmədov iyunun 2-də ABŞ-da keçirilən UFC 302 turnirində təmasda olub. Həbib ona belə deyib:
“Bilirəm ki, siz Fələstindəki müharibəni dayandırmaq niyyətindəsiz”.


Trampın cavabı isə belə olub:
“Biz müharibəni dayandıracağıq. Mən dayandıracam”.


Yeri gəlmişkən, UFC 302 turnirinin əsas döyüşündə İslam Maxaçev amerikalı Dastin Poryeni boğucu fəndlə məğlub edib. Maxaçev yüngül çəkidə UFC çempionu kəmərini qoruyub.