''Atletiko''nun forvardı Xulian Alvares ilk dəfə Madrid derbisindəki qalmaqallı penalti barədə fikirlərini bildirib.
''Football-plus.az'' xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalının cavab oyununda ''Atletiko'' - ''Real'' cütünün qalibi oyunsonrası penaltilər seriyasında müəyyənləşmişdi. Məhz argentinalı forvardın dramatik səhvi ''Atletiko''ya baha başa gəlmişdi. Alvaresin zərbəsi qolla nəticələnsə də, tekrarda onun cüzi də olsa, digər ayağı ilə topa toxunduğu məlum olmuşdu. Penaltidən öncə isə topa iki dəfə toxunmaq olmaz. Bu üzdən bu futbolçunun qolu qeydə alınmamışdı.
25 yaşlı forvard Argentina yığmasının düşərgəsində jurnalistlərlə söhbət edərkən həmin qalmaqallı penaltiyə də toxunub: