"Football-plus.az"ın məlumatına görə, qurum səhifənin qaytarılması yönündə "Feysbuk"un müvafiq şöbəsiylə danışıqlar aparsa da, istəyinə çata bilməyib. Düzdü, proses hələ davam edir. Lakin gün keçdikcə məsələnin həllini tapacağıyla bağlı gözləntilər azalır.
Belədə federasiya yeni səhifə açmaq qərarına gəlib. Bu barədə "Football-plus.az"a qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib:
"Oğurlanan səhifəni nə qaytara bilirik, nə də fəaliyyətini dayandıra. Ona görə ki, idarəetmə səlahiyyətləri bizdə deyil. "Feysbuk"la danışıqlar dayanmayıb, amma hansısa kömək edilmir. Müvəqqəti yeni səhifə açdıq. Əvvəlkini qaytara bilməsək, bununla davam etməli olacağıq".
KƏNAN BAHADIR





