Üç güləşçimiz lider mövqeyində

20.03.2025 21:56 6
İdman
Dünya Güləş Birliyi (UWW) güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 3 güləşçisi öz çəkisində lider mövqeyində qərarlaşıb.

Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) birinci pillədə qərarlaşıblar. Hər 3 idmançımız qeyri-olimpiya çəkiləri üzrə son dünya çempionatının qalibi olub. Olimpiya mükafatçısı Həsrət Cəfərov (67 kq) 3-cü, Qurban Qurbanov (82 kq) isə 4-cü pilləni tutur.

Sərbəst güləşilərdən ən yaxşı nəticəyə Maqomedxan Maqomedov (97 kq) imza atıb. Paris-2024 Olimpiadasının bürünc medalçısı 4-cüdü.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul