Eldəniz və Ülvi lider mövqeyində

28.11.2024 19:41 305
İdman
Dünya Güləş Birliyi (UWW) 2024-cü ilin yekun reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, qurumun rəsmi saytının açıqladığı siyahıda iki güləşçimiz 1-ci pilləni tutub.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) və Ülvi Qənizadə (72 kq) öz çəki dərəcələrində lider mövqeyində qərarlaşıblar. Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə ikinci pillədə yer alıblar. Sərbəst güləşçilərdən ən yaxşı nəticəyə Nürəddin Novruzov (61 kq) imza atıb. O, ikincidi. Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kq) məxsusdu.

Qeyd edək ki, siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul