“Real”ın müdafiəçisi Ferlan Mendinin son durumu ilə bağlı məlumat yayılıb.
O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab matçında zədələnib. Paytaxt klubunun rəsmi saytının xəbərə görə, fransalı futbolçunun sol budunda əzələ zədəsi aşkarlanıb. “AS” nəşri 29 yaşlı oyunçunun təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını yazıb.
La Liqada bir neçə oyunu buraxacaq Mendi Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qarşı keçiriləcək ilk matçda da iştirak etməyə bilər.