"Kəpəz"in futbolçusu Malta millisinə dəvət aldı

7.03.2025 11:23 130
Ölkə futbolu
"Kəpəz"in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət alıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.

Malta G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.