Marandiçi milliyə dəvət aldı

24.09.2024 14:54 132
Ölkə futbolu
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi növbəti dəfə Moldova millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Millətlər Liqasında Andorra və Malta yığmalarına qarşı oyunlar üçün komandaya cəlb ediləcək.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq oktyabrın 10-da və 13-də baş tutacaq.